XƏBƏRLƏR

"Peşəyə giriş" seminarı başladı

27.10.2016

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu  "İTE - Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində bu il işə qəbul olunan ibtidai sinif müəllimləri üçün "Peşəyə giriş" adlı seminarının açılışı baş tutub. Açılışdan sonra seminara seçilmiş müəllimlərin ilk 2 qrupu üçün seminar keçirilib. “Peşəyə giriş” seminarı üç gün davam edəcək.

Seçilmiş ibtidai sinif müəllimlərinə 3 günlük seminar ərzində "İbtidai təhsilin missiyası və xüsusiyyətləri", "Məzmun standartlarının şərhi”, “Dərs icmallarının hazırlanması", "Uşaq psixologiyası”, “Uşaqla ünsiyyət və əməkdaşlıq qurmağın konstruktiv yolları", "Sinifdə öyrədici mühitin yaradılması”, “Şagird tədqiqatının təşkili" mövzularında praktik məşğələlər keçiriləcək.

Ümumilikdə 12 akademik saatı əhatə edən seminar 27-29 oktyabr tarixlərində hər gün saat 14:00-18:00-dək təşkil olunacaq.