XƏBƏRLƏR

YUNESKO-nun "Dünyanın ən böyük dərsi" layihəsi çərçivəsində məktəblərdə "Gender bərabərliyi" mövzusunda dərslər keçirilib.

05.12.2017

   YUNESKO-nun “Dünyanın ən böyük dərsi” layihəsi çərçivəsində Bakı şəhəri 145 №-li tam orta məktəbdə, 160 nömrəli Klassik Gimnaziyada, və Mingəçevir şəhər 10 saylı tam orta məktəbdə  “Gender bərabərliyi” mövzusunda dərslər keçirilib. 

       Keçirilmiş dərslərin məqsədi BMT-nin bəyan etdiyi 17 qlobal problemdən biri olan gender problemini müzakirə etmək, şagirdlərdə gender məsələlərinə adekvat münasibət formalaşdırmaq olmuşdur. Fəal öyrənmə rejimində keçən dərslərdə məktəb rəhbərliyi və qonaqlar da iştirak etmişdir.