XƏBƏRLƏR

YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinin fəal üzvü 220 nömrəli Bakı məktəbində "Gender bərabərliyi" mövzusunda dərs keçirilib

12.12.2017

YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinin fəal üzvü 220 nömrəli Bakı məktəbində "Gender bərabərliyi" mövzusunda dərsdən şəkilləri təqdim edirik. Şagirdlər "Dünyanın ən böyük dərsi" layihəsi çərçivəsində  gender problemini müzakirə edir. Təşəbbüsə dəstək verdikləri üçün məktəbin ingilis dili müəllimi Nahidə Hüseynovaya, biologiya müəllimi Nərgiz Hacıyevaya xüsusi təşəkkürlər.
 
"Dünyanın ən böyük dərsi" layihəsinin dərs icmalları TİPİİ-nin Beynəlxalq layihələr şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və İnstitutun saytında yerləşdirilmişdir. Bütün maraqlananları təşəbbüsə qoşulmağa dəvət edirik.