XƏBƏRLƏR

"Tərəqqi" texniki-humanitar liseyində seminar

22.12.2017

Dekabrın 22-də "Tərəqqi" texniki-humanitar liseyinin şagirdləri ilə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi ilə tanışlıq seminarı keçirildi. Seminar beynəlxalq mütəxəssislərin  hazırladığı  və TİPİİ-nin əməkdaşları tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş "Qlobal məqsədlərə giriş" adlı dərs icmalı əsasında keçirilmişdir. Seminarın sonunda YUNESKO-nun təklifi ilə  17 Qlobal məqsədlərə nail olmaq üçün fikirlərdən ibarət kağız zəncir hazırlanmışdır. Seminar TİPİİ-nin Beynəlxalq layihələr şöbəsinin əməkdaşları Vüsalə Həsənova və Elçin Sərdarovun birgə səyi nəticəsində həyata keçirilmişdir. 

Bu cür dərslərdə  şagirdlər Qlobal məqsədlərin əhəmiyyətini dərk edərək, bu məqsədlərlə bağlı işlərdə daha fəal iştirak edəcəklər. Həmçinin  belə mövzularda keçirilən dərslərin şagirdlərdə ətraf mühitə qarşı düzgün münasibət, ədalətlilik, qarşılıqlı hörmət, təhsilin imkanları, dayanıqlı inkişaf, digər bu kimi məsələlərlə bağlı qlobal düşüncə və fəal vətəndaş mövqeyinin formalaşdırılmasında rolu böyükdür. Belə mövzularda təşkil olunan dərslər məktəblilərdə yeni ideyaların və təşəbbüslərin yaranmasına təkan verir. 

Seminarın keçirilməsində və Qlobal məqsədlərin məktəblilər arasında təbliğ olunmasında göstərdiyi dəstəyə görə liseyin direktor əvəzi Sədaqət Nağıyevaya təşəkkürümüzü bildiririk.

 

Seminarda çəkilən şəkilləri sizə təqdim edirik.