XƏBƏRLƏR

2 fevral - Gənclər Günündə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun bir qrup gənc və gənc ruhlu əməkdaşları üçün Azərbaycan İncəsənət Muzeyində infotur və "Komanda quruculuğu" mövzusunda seminar keçirilmişdir.

05.02.2018

Məqsəd - TİPİİ əməkdaşlarının müəllimlər üçün təşkil etdiyi təlimlərdə estetik tərbiyə məsələrində yeni ideyaların yaranmasına və komanda quruculuğu işinə təkan verməkdir. İdeyanın məhz Gənclər Günündə reallaşması simvolik xarakter daşıyır.  Azərbaycan İncəsənət Muzeyinin rəhbərliyinə və əməkdaşlarına yaratdıqları şərait və faydalı seminar üçün xüsusi  təşəkkürümüzü bildiririk!

Seminar zamanı çəkilmiş şəkilləri sizə təqdim edirik.