XƏBƏRLƏR

Almaniyanın Maqdeburq Universitetində "Peşə təhsili üzrə əlavə təhsilin təşkili" adlı beynəlxalq təlim təşkil olunmuşdur.

06.03.2018

TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Almaniyanın  Maqdeburq  Universitetində   Almaniya  Beynəlxalq Əməkdaşlıq  Təşkilatının  dəstəyi ilə təşkil olunmuş  “Peşə təhsili üzrə əlavə təhsilin təşkili” adlı beynəlxalq  təlimdə “Azərbaycanda  əlavə təhsilin təşkili  qaydaları” mövzusunda təqdimat edib.   Maqdeburq Universitetinin  mütəxəssisləri peşə təhsili müəssisələrinin müəllimləri və rəhbər heyəti üçün əlavə təhsilin modulları üzrə  proqramların hazırlanması ilə bağlı  faydalı məsləhətlərini Cənubi Qafqaz regionundan gəlmiş nümayəndə heyətləri ilə  bölüşüblər. Təlimdə  hər üç ölkə üzrə  əlavə təhsilin təşkili vəziyyəti təhlil edilir, ixtisasartırma  proqramlarının hazırlanmasında  müasir  yanaşmalar  müzakirə edilir və peşə təhsilinin  akademik məzmununa  müvafiq  olaraq hər bir ölkədə ixtisasartırma proqramlarının  hazırlanması ilə bağlı tövsiyələr verilir.