XƏBƏRLƏR

"İngilis dilində oxu bacarıqlarının inkişafı" mövzusunda ixtisasartırma proqramının müzakirəsi

13.03.2018

Bu gün İnstitutumuzda 36 nömrəli tam orta məktəbin bir qrup ingilis dili müəlliminin iştirakı ilə hazırda üzərində iş aparılan "İngilis dilində oxu bacarıqlarının inkişafı" mövzusunda ixtisasartırma proqramının müzakirəsi təşkil edildi. Müəllimlərə proqramın bir mövzusu təqdim edildi və sonra ümumi müzakirə aparıldı. Müəllimlərin dəyərli fikir və təklifləri proqramı təkmilləşdirməyə və daha səmərəli etməyə kömək edəcəkdir. 36 nömrəli məktəbin direktoru Emiliya Səfərəliyevaya və ingilis dili müəllimlərinə xüsusi təşəkkürlər.

Müzakirə zamanı çəkilmiş şəkilləri sizə təqdim edirik.