XƏBƏRLƏR

Martın 14-də YUNESKO-nun "Dünyanın ən böyük dərsi"nə giriş mövzusunda təlim keçirildi

15.03.2018

Martın 14-də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Beynəlxalq layihələr şöbəsinin baş mütəxəssisi Elçin Sərdarovun iştirakı ilə orta və yuraxı sinif şagirdləri üçün YUNESKO-nun "Dünyanın ən böyük dərsi"nə giriş mövzusunda təlim keçirildi. Şagirdlər interaktiv formada BMT-nin 17 qlobal məqsədləri ilə tanış oldular və bu məqsədlərə nail olmaq üçün qruplarda təkliflərini və fərdi fəaliyyət planlarını hazırladılar. Tədbirdə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri Nilüfər Zahidova, Günay Əlizadə, Firuzə Ələkbərova, Dilarə Əlisultanova, Arzu Hüseynova, Vüsal  Kazımov iştirak etdilər. Təlimlərin keçirilməsində dəstəyə görə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədovaya, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Сamalovaya  təşəkkürümüzü bildiririk.

Təlim zamanı çəkilmiş şəkilləri sizə təqdim edirik.