Müasir Təhsil Kompleksinin müəllimləri peşə səriştələrini püxtələşdirmək üçün yorulmadan çalışırlar.
28.03.2018
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Müasir Təhsil Kompleksinin müəllimləri üçün “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” adlı təlimlər təşkil olunub.
Təlim prosesində müəllimlər məzmun standartlarına uyğun qiymətləndirmə meyarlarını tərtib etməyi, şagirdlərin təlim fəaliyyətinin izlənməsi üçün holistik və analitik rubriklər hazırlamağı, izləmə və yoxlama məqsədli qiymətləndirmə vasitələrini müəyyənləşdirməyi öyrənir, qiymətləndirmə məlumatlarına əsasən şagirdlərin təlim nəticələrinin təhlili imkanlarını araşdırırlar.