XƏBƏRLƏR

Beynəlxalq Qız uşaqları Günü

11.10.2016

Bu ilki Beynəlxalq Qız uşaqları Günü “Erkən nikahlar, uşaq evlilikləri” mövsuzuna həsr edilib.

Bu gün dünya erkən nikahların azaldılması istiqamətində çox az irəliləyiş edə bilib. Hər il 15 milyon qız 18 yaşına çatmamış ərə verilir, nikaha daxil olur. Daha az inkişaf etmiş dünya ölkələrində hər 9 qızdan 1-i 15 yaşında artıq evli olur. Baxmayaraq ki, bir çox ölkələrdə biz evlilik üçün orta yaşın tədricən qaldırılmasına nail ola bilmişik, bu daha imkanlı (yüksək gəlirə malik) ailələrlə məhdudlaşır.

Erkən nikahlar nadir halda tərəfin öz seçimi baş verir. Bunlar nəsillərarası ötürülən kasıbçılıq, təcrid olunma, ayrı-seçkilik və şiddətə məruz qalmanın nəticəsidir. Qızlar erkən nikahlara məcbur edilərkən təkcə onların gələcəyi sual altında qalmır, bütövlükdə cəmiyyətə təsir edir. 18 yaşından əvvəl ərə gedən qızlar bir çox hallarda icbari təhsildən uzaqlaşır, cəmiyyət onların dəyərli potensialı və yaradıcılığından məhrum olur. Bu qızlar həm də ailədaxili şiddətə daha çox məruz qalır, həmçinin onlarda erkən hamiləlik və ana ölümlərinə daha çox rast gəlinir və dünya üzərindəki bu kölgə bizim hər birimizi geri salır.

Qızlar üçün hər əlavə təhsil ili onları kasıblıqdan uzaqlaşdırır, onlara yeni şəbəkə imkanı verir və həyatdan gözləntilərini artırır. Qızları məktəbə qəbul etmək kifayət deyil, biz onlara orta təhsili tam bitirənə qədər məktəbdə qalmağa kömək etməliyik. Bu güclü icmalar, qucaqlayıcı və dayanıqlı cəmiyyət quruculuğu üçün ən yaxşı üsuldur. Əgər biz birlikdə çalışsaq, bu gün uşaq nikahları kimi zərərli təcrübələrin sonunun başlanğıcı ola bilər. Bu inkişaf məsələsidir, zəruri insan hüququdur.

UNESCO-nun baş katibi xanım İrina Bokovanın Beynəlxalq Qız uşaqları Günü ilə bağlı müraciəti, 11 oktyabr 2016-cı il