Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsi davam edir
26.04.2018
Respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə müsahibə mərhələsi davam edir.
Bu mərhələdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.
Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olmaq istəyən müəllimlər üçün müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilir.
Müsahibədə zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul olunmuş müəllimlər iştirak edirlər.
Müsahibələr 26-27 aprel 2018-ci il tarixlərini əhatə edəcək. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsi, ali və orta-ixtisas təhsili haqqında diplom və diploma əlavəni gətirmək tələb olunur.
Müsahibədə iştirak edən müəllimlərə uğurlar arzu edirik!