XƏBƏRLƏR

"Refleksiv müəllim" seminarı problemləri üzə çıxardır

27.04.2018

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun keçən il start verdiyi “Refleksiv müəllim” layihəsinin 26 apreldə növbəti seminarı oldu. Müəllimlərə dərs planlarını, icmallarını, ideyalarını həmkarlarına və ekspertlərə təqdim etmək  və onun müzakirəsində iştirakla təcrübəsini genişləndirmək imkanı verən seminarda bu dəfə rus dili və ədəbiyyat fənnini tədris edən müəllimlər toplanmışdı. Bakı Avropa Liseyinin müəllimi Səbinə Cəfərovanın müzakirəyə çıxardığı “Taras Bulba” povestinın təhlili” mövzusu diskussiyanı 2 müxtəlif məcrada davam etdirməyə səbəb oldu: “Mübahisəli məsələlərin tədrisi necə qurulmalıdır?” “İnşa ilə essenin fərqi nədədir?” Müzakirə göstərdi ki:

  1. mübahisəli məsələlərin tədrisi metodikası (“teaching controversial issues”) Azərbaycanda daha geniş tədqiq olunmalıdır;
  2.  inşa və essenin fərqi (və ya eyniliyi) barədə metodist alimlərin tutarlı əsaslandırmasına ehtiyac vardır.

Seminarda ekspert qismində professorlar Çingiz Bədəlov, Hümeyir Əhmədov və dosent Nailə Bədəlova iştirak edirdi.