Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilən müddətsiz əmək müqaviləsi əsasında işləmək istəyən müəllimlərin müsahibəsi davam edir
27.04.2018
Aprelin 26-da başlayan respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsi bu gün də davam edir.
Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən ümumilikdə 2282 nəfər müəllimdən 763 nəfərinin elektron ərizəsi təsdiq edilib.
Bu mərhələdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilən müsahibələrdə müxtəlif fənlər üzrə müəllimlər iştirak edirlər.
Müsahibənin keçirilməsi üçün 20 komissiya fəaliyyət göstərir.
Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.