XƏBƏRLƏR

"Həyat bilgisi fənninin tədrisi metodikası" mövzusunda ixtisasartırma təlimləri davam edir

04.05.2018

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkil etdiyi “Həyat bilgisi fənninin tədrisi metodikası” mövzusunda ixtisasartırma təlimləri davam edir. 36 akademik saatdan ibarət təlimlərdə müəllimlərə qiymətləndirmənin təşkili yolları, təlim prosesində müxtəlif oyunlar və öyrənmə mühiti təşkil etmək öyrədilir və müəllimlər alternativ təlim resursları ilə tanış edilir. Təlimlərin sonunda qiymətləndirmədə iştirak edən müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcəkdir.