86 nömrəli tam orta məktəbdə qlobal məqsədlərə xidmət edən dərslər keçirilmişdir
31.05.2018
Bakı şəhəri Xətai rayonu 86 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşlarının iştirakı ilə YUNESKO-nun "Dünyanın ən böyük dərsi"nə giriş, "Ətraf mühitin çirklənməsinin planetimizə və həyatımıza təsiri", "Sülh nə deməkdir?" mövzularında dərslər keçirilmişdir. Şagirdlər interaktiv formada BMT-nin 17 qlobal məqsədləri ilə tanış olmuş, qlobal məqsədlərə nail olmaq üçün qruplarda işləyərək təkliflər hazırlamışlar. Səmərəli əməkdaşlıq və dəstəyə görə məktəbin direktoru Arzu Azadəliyevaya və müəllim Məsmə Nəcəfovaya təşəkkürümüzü bildiririk.