XƏBƏRLƏR

Məktəbəhazırlıq proqramının keyfiyyətinin artırılması məqsədi ilə sorğu və dərs dinləmə

01.06.2018

Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (YUNİSEF) arasında imzalanmış “2018-2019-cu illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na əsasən “Azərbaycanda məktəbəhazırlıq proqramının keyfiyyətinin artırılması” istiqamətində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən müəllimlər arasında sorğu keçirilir. Sorğunun məqsədi məktəbəhazırlıq qrupunda işləyən müəllimlərin təlim ehtiyaclarını öyrənməkdir. Sorğu ilə yanaşı həm də məktəbəhazırlıq qruplarında məşğələlərin dinlənilməsi də həyata keçirilmişdir.