Qlobal məqsədlərə xidmət edən dərslər Quba məktəbində
07.06.2018
Quba şəhər 2 nömrəli tam orta məktəbdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşlarının iştirakı ilə YUNESKO-nun "Dünyanın ən böyük dərsi"nə giriş mövzusunda dərslər keçirilmişdir. Qlobal məqsədlərin məktəblərdə təbliği məqsədi ilə həyata keçirilən dərs zamanı şagirdlər YUNESKO-nun hazırladığı “Dayanıqlı inkişaf nədir?” adlı sosial çarxı izləyərək müzakirə etmiş, BMT-nin 17 qlobal məqsədi ilə tanış olmuşlar. Onlar, eyni zamanda qlobal məqsədlər üçün keyfiyyətli təhsil, sağlamlıq və rifah, gender bərabərliyi, təmiz su və sanitariya, ucuz və təmiz enerji və s. mövzularda maraqlı təkliflər hazırlamışlar.
“Dayanıqlı inkişaf naminə öyrənək və öyrədək!” şüari ilə keçirilən bu dərslərdə əməkdaşlıq və dəstəyə görə məktəbin direktoru Eynulla Camalova və müəllim Aygün Əliyevaya təşəkkürümüzü bildiririk.