Tələbə-könüllülərə diaqnostik qiymətləndirmədə göstərdikləri dəstəyə görə təşəkkür etdik
15.06.2018
İyunun 14-də TİPİİ-də müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında fəal iştirak etmiş könüllülər təltif olunublar.
26 may – 2 iyun 2018-ci il tarixlərində keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 100-dən çox tələbə-könüllüsü iştirak edib. 20 minə yaxın müəllimin iştirak etdiyi imtahanda tələbə-könüllülər müəllimlərin qarşılanması, müşayiət olunması, qeydiyyatı və digər sahələrdə fəaliyyət göstəriblər. Tədbirdə TİPİİ-nin direktoru Vəfa Yaqublu və direktor müavini Fəxri Qurbanov çıxış edərək imtahanın təşkilati işlərində göstərdikləri könüllü fəaliyyətə və köməkliyə görə könüllü tələbələrə təşəkkürlərini bildiriblər.