TİPİİ Fransanın Pedaqoji Təhsil üzrə Beynəlxalq Mərkəzinin keçirdiyi beynəlxalq seminarda iştirak edir
22.06.2018
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Nəzakət Mehdiyeva və Bakı şəhəri üzrə 160 №-li məktəbin kimya müəllimi Şirin Məmmədova Fransanın Pedaqoji Təhsil üzrə Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 17-24 iyun tarixlərində keçirilən təbiət fənlərinin məktəbdə tədrisinə həsr olunmuş 9-cu "La main à la pâte" adlı beynəlxalq seminarda iştirak edir.
Seminarda 24 ölkədən 50 nəfər iştirak edir. Fransa Elmlər Akademiyasında başlanan tədbir Pedaqoji Təhsil üzrə Beynəlxalq Mərkəzdə davam edir.
Seminarda tədqiqat əsaslı təlimin təşkili prinsipləri, texnologiyası öyrədilir, bu sahədə ölkələrin təcrübəsi dinlənilir və müəllimlərlə aparılmalı olan işlər müzakirə edilir. Seminarın gedişində TİPİİ-nin fəaliyyəti, Azərbaycanda ixtisasartırma təhsilinin imkanları və təşkili haqqında iştirakçılara məlumat verilib.