XƏBƏRLƏR

İş yerinin dəyişdirilməsinə razılıq verilmiş müəllimlərin sənədlərinin rəsmiləşdirilməsi prosesi davam edir

27.06.2018

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən, iş yerinin dəyişdirilməsinə razılıq verilmiş müəllimlərin sənədlərinin rəsmiləşdirilməsi mərhələsi davam edir.

Bu mərhələdə iş yerinin dəyişdirilməsinə razılıq verilmiş 1726 nəfər müəlllimin sənədləri rəsmiləşdiriləcək. Sənədlərinin rəsmiləşdirilməsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda həyata keçirilir və bu proses 27-28 iyun tarixlərini əhatə edəcəkdir.

Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi üçün 4-11 iyun tarixlərində keçirilən elektron sənəd qəbulu prosesi bitdikdən sonra müraciətlər araşdırılıb, 5865 namizədin ərizəsi qəbul edilib. Yerləşdirmə zamanı namizədlərin diaqnostik qiymətləndirilmə və müəllimlərin işə qəbulu üzrə imtahan nəticələri əsas tutulmaqla yanaşı, iş yerini dəyişdirmək üçün qeyd etdikləri səbəblər və sosial amillər nəzərə alınıb.