"Həmkardan həmkara dəstək" layihəsi çərçivəsində TİPİİ-də bir qrup müəllim üçün seminar keçirilmişdir
28.06.2018
Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olmuş “Həmkardan həmkara dəstək” layihəsinin davamı olaraq layihənin keçirildiyi rayonlardan ixtisasartırma təhsilinin həyata keçirilməsi prosesinə qoşulmaq üçün müraciət etmiş bir qrup müəllimə TİPİİ-də təlimin məzmunu, təlimçi bacarıqları, ixtisasartırma təhsilinin təşkili prinsipləri və s. kimi mövzular əsasında seminarlar təşkil edilmişdir.
Qeyd edək ki, layihə respublikanın rayonları üzrə DQ-dən zəif nəticə göstərmiş 11 rayonu əhatə edir. Layihə çərçivəsində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunuun (TİPİİ) əməkdaşları və diaqnostik qiymətləndirmədən yüksək bal yığan müəllimlər tərəfindən DQ-dən zəif nəticə göstərmiş müəllimlərin peşəkarlığının artırılması üçün təlimlər həyata keçirilib.