"Həyat bilgisi fənninin tədrisi metodikası" mövzusunda öyrədici təlimlər davam edir
06.07.2018
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkil etdiyi “Həyat bilgisi fənninin tədrisi metodikası” mövzusunda ixtisasartırma təlimləri davam edir. Təlim proqramı ümumilikdə 36 akademik saatdan ibarətdir və proqramın sonunda müdavimlər “Fənnin tədrisinin müxtəlif oyunlarla təşkili”, “Qiymətləndirmənin təşkili yolları” və s. istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnəcəklər.
Təlimlərin yekununda qiymətləndirmədə iştirak edən müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcəkdir.