XƏBƏRLƏR

Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində "Məktəbdə psixoloji işin təşkili" seminarları

06.07.2018

Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olmuş Ağdam rayon Zəngişalı kənd tam orta məktəbin “Məktəbdə psixoloji işin təşkili” layihəsinin seminarları TİPİİ-də keçirilməyə başlanmışdır. TİPİİ layihənin tərəfdaş qurumu kimi çıxış edir. Seminara ölkənin müxtəlif bölgələrindən psixoloqlar cəlb olunmuşdur. 36 akademik saatdan ibarət proqram məktəbdə psixodiaqnostika işinin təşkili, psixodiaqnostik metodların tətbiqi və qiymətləndirilməsi, psixokorreksiya işinin təşkili, şagirdlərə psixoloji dəstəyin gücləndirilməsi, müəllim və valideynlərlə işin təşkili və s. kimi mövzuları əhatə edir. 

Seminarlar hər qrup üçün 9 gün davam edəcəkdir və sonda seminarda iştirak edən psixoloqlara sertifikat veriləcəkdir.