Müəllimlərin işə qəbulu müsabiqəsində ən yüksək bal toplayan müəllim
24.07.2018
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində riyaziyyat fənni üzrə ən yüksək nəticəni Fidan Hacıyeva göstərib. Göyçay rayonunun Cəyirli kənd sakini olan Fidan Hacıyeva ona təqdim olunan 60 sualın hamısını düzgün cavablandıraraq 60 bal toplamışdır.
Qeyd edək ki, müsabiqənin test mərhələsi davam edir və Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.