TİPİİ-də "Yazı işinin təşkili metodikası" mövzusunda ixtisasartırma proqramı
13.08.2018
13 avqustdan etibarən TİPİİ-də "Yazı işinin təşkili metodikası" mövzusunda ixtisasartırma proqramı öyrənməyə həvəsli müəllimlərimizlə işə başlamışdır. İbtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün nəzərdə tutulan təlimlərin keçirilməsində məqsəd müəllimlərin yazı işləri üzrə akademik biliklərini və metodik bacarıqlarını artırmaqdır.
36 akademik saatdan ibarət proqram çərçivəsində müəllimlər “Niyə və nəyi yazmağı bacarmalıyıq?”, “Yaradıcı yazı növləri”, “Esse yazırıq: səmərəli üsulların tətbiqi”, “Yaradıcı yazının qiymətləndirilməsi: meyarlar və yazının planlaşdırılmasında yol verilən tipik səhvlər”, “Rəsmi-kargüzarlıq üslubu və əməli yazının növləri”, “Əməli yazının qiymətləndirilməsi” və s. mövzularda praktik məşğələlərdə iştirak edəcəklər.