TİPİİ-də bir qrup ibtidai sinif müəllimi üçün "Həmkardan həmkara dəstək" layihəsi çərçivəsində seminar
16.08.2018
Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olmuş “Həmkardan həmkara dəstək” layihəsinin davamı kimi layihədə iştirak edən rayonlardan olan ibtibai sinif müəllimləri üçün TİPİİ-də seminar keçirilmişdir. Seminar tədrisin standartlar əsasında təşkili, məktəbdaxili qiymətləndirmənin aparılması və s. kimi mövzular əsasında aparılmışdır.
Qeyd edək ki, layihənin məqsədi təlim iştirakçıları arasından seçilən həmin müəllimlərin ixtisasartırma təlimlərini həyata keçirən kadrlar kimi yetişdirilməsidir.