XƏBƏRLƏR

"İbtidai siniflərdə maliyyə savadlılığı" seminarı başa çatdı

25.11.2016

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirilməsi istiqamətində artıq bir neçə ildir ki, müxtəlif hədəf qruplara ailə büdcəsinin tərtibi, şəxsi pul vəsaitlərinin idarə olunması, nağdsız ödənişlər və s. mövzularda tədbirlər həyata keçirir. Bu tədbirlərə ümumtəhsil məktəblərində Həyat Bilgisi fənnini tədris edən müəllimlər üçün maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlim və seminarlar da daxildir. 

Bu fənn ibtidai təhsil səviyyəsində də tədris olunduğundan cari ilin 24-25 noyabr tarixlərində TİPİİ-də 20 nəfər ibtidai sinif müəlliminə "İbtidai siniflərdə maliyyə savadlılığı" mövzusunda seminar təşkil edilmişdir. Mərkəzi Bankın mütəxəssisləri seminar iştirakçılarına Həyat Bilgisi və maliyyə savadlılığı, mili pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, dövlət büdcəsi, qənaət və israf, mövcud resurslardan qənaətlə istifadə, vergi və sığorta haqqında məlumatlar vermişlər.

Iki gün davam edən seminar interaktiv şəkildə qurulmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Seminardan olan şəkillərə buradan baxa bilərsiniz.