«Dilimizi sevək, sevdirək!" şüarı ilə Qaxda təlim
28.08.2018
Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqənin qalibi olmuş “Dilimizi sevək, sevdirək!” layihəsi çərçivəsində Qax rayonunda bir qrup ibtidai sinif müəllimlərinə «Yazı işinin təşkili metodikası” mövzusunda ixtisasartırma təlimi keçirilir. 36 akademik saatlıq təlim proqramı əsasında müəllimlər aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnəcəklər:
1. Niyə və nəyi yazmağı bacarmalıyıq?
2. Yaradıcı yazı növləri;
3. Üslubiyyat məsələləri;
4. Mətn sintaksisi.
5. Esse yazırıq; səmərəli üsulların tətbiqi;
6. Bədii mətn: qurulma texnikası və semantik strukturu;
7. Yaradıcı yazının qiymətləndirilməsi: meyarlar və yazının planlaşdırılmasında yol verilən tipik səhvlər;
8. Rəsmi-kargüzarlıq üslubu və əməli yazının növləri;
9. Əməli yazının qiymətləndirilməsi.