XƏBƏRLƏR

«İnklüziv siniflərdə təlimin təşkili" mövzusunda seminar iştirakçılarına sertifikatları təqdim olundu

01.09.2018

Heydər Əliyev Fondunun “Regionların İnkişafı İctimai Birliyi”nin təşkilati dəstəyi ilə TİPİİ-də həyata keçirilən «İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda seminar bu gün yekunlaşdı. ADPU-nun region filiallarının  bir qrup müəllim-professor heyəti üçün keçirilən seminarda müəllimlər proqrama uyğun olaraq “İnklüziv təhsil” anlayışı çərçivəsində bilik və bacarıqlara yiyələndilər.

36 akademik saatdan ibarət seminar proqramı aşağıdakı mövzuları əhatə edirdi:

  • İnklüziv təhsil nədir?

  • İnklüziv təhsilin hüquqi bazası;

  • Sağlamlıq imkanları məhdud olan uşaqların xüsusiyyətləri, psixofizioloji inkişafı;

  • İnklüziv sinifdə pedaqoq;

  • İnklüziv sinifdə təlim prosesinin təşkili;

  • Təlimin diferensiallaşdırılması;

  • Ailə və mütəxəssislərin birgə fəaliyyətinin təşkili metodikası;

  • İnklüziv siniflərdə qiymətləndirmənin aparılması.

Sonda iştirakçılara RİİB-in və TİPİİ-nin birlikdə hazırladığı sertifikatlar təqdim olundu.