XƏBƏRLƏR

Regionda çalışan məktəbəhazırlıq məşğələləri aparan müəllimlərin imtahanı davam edir

30.11.2016

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyul 2016-ci il tarixli 271 nömrəli qərarının və Azərbaycan Respublikası təhsil nazirinin 5 avqust 2016-cı il tarixli 548 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbəhazırlıq qruplarında işə cəlb ediləcək ibtidai sinif müəllimləri üçün  sentyabr-oktyabr aylarında öyrədici təlimlər  həyata keçirmişdir. Hazırda təlim almış müəllimlərin ölkənin müxtəlif regionlarında yekun qiymətləndirilməsi aparılır. 

Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər üçün növbəti imtahanlar bu həftə keçiriləcəkdir. Sumqayıt, Siyəzən, Xızı və Qubadlıdan olan 170 müəllim dekabrın 1-də Sumqayıt şəhərində, Şamaxı, İsmayıllı, Ağsudan olan 140 müəllim isə dekabrın 2-də Şamaxı şəhərində imtahan verəcəklər.

Xatırladaq ki, ötən həftə, 25 noyabr tarixində Hacıqabul, Şirvan və  Qəbələ, 26 noyabr tarixində isə Şəki, Oğuz, Zaqatala, Qax, Balakən,  Ağdaş, Ucar, Kürdəmir, Zərdab və Göyçayda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün imtahanlar təşkil edilmişdir.