Ümumdünya AİDS Günü ilə əlaqədar YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın müraciəti
30.11.2016
1 dekabr 2016-cı il Ümumdünya AİDS Günü münasibətilə YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın müraciəti:
YUNESKO HİV virusunun qarşısının alınması yolunda təhsili davamlı və səmərəli bir vasitə hesab edir. Virusun yayılmasının qarşısının alınması istiqamətində 2016-cı ildə aparılan işlərin hesabatlarına əsasən gənclərin ⅔ hissəsinin HİV haqqında ətraflı məlumatı olmadığı üzə çıxdı. Bu məlumatsızlıq digər faktorlarla (xidmətlərdən istifadə limiti, damğalama, ayrıseçkilik, struktural bərabərsizlik və s.) birləşərək əhalinin müəyyən hissəsinə güclü təsir göstərir.
Məsələn, virusun yayılmasının qarşısının alınması istiqamətində edilən cəhdlərə baxmayaraq, Cənubi Afrikada hər həftə yeniyetmə qızlar və gənc qadınlar arasında 2000 yeni HİV infeksiyasına yoluxma halları aşkar edilir. Doğrudur, insanların maarifləndirilməsi virusun qarşısının alınması üçün sehirli bir vasitə deyil, lakin maaarifləndirmə aparılmadan müxtəlif qoruyucu vasitələrdən istifadə kimi profilaktik tədbirlər heç bir nəticə verməyəcək.
BMT-nin AİDS ilə bağlı layihələrinin təsisçisi kimi YUNESKO AİDS-ə dəstək və maliyyələşdirilmə (UNAİDS) layihəsinə qoşularaq dayanıqlı inkişaf məqsədləri erasında birinci Ümumdünya AİDS Gününü qeyd edir.
UNAİDS bu günü “HİV profilaktikasına səs verək” kampaniyası ilə qeyd edir. Kampaniyanın məqsədi fəal profilaktika yolu ilə 2030-cu ilə qədər AİDS epidemiyasına son qoymaqdır.
Ötən iki onillik ərzində YUNESKO profilaktik tədbirlər gündəliyi ilə ölkələrə dəstək göstərir. Kompleks cinsi tərbiyə, sağlam həyat proqramları, psixotrop maddələrin istifadəsinin profilaktikası, məktəbdə gender əsaslı zorakılığın profilaktikası kimi fəaliyyətlər gündəliyin əsasını təşkil etmişdir.
Bu yanaşma YUNESKO-nun “Sağlamlıq və rifah üçün təhsil strategiyası”nda əks olunur. Həmin strategiya “Dayanıqlı inkişaf məqsədləri” və UNAİDS-in 2016-2021-ci illər üçün Strategiyası ilə səsləşir. UNAİDS-in Strategiyası təhsil, sağlamlıq və rifah arasındakı mühüm qarşılıqlı əlaqələrin əhəmiyyətinə artan inamı əks etdirir. Bu kompleks fəaliyyət amalı Ümumdünya AİDS Günü ilə bağlı YUNESKO-nun müraciətidir. Sözügedən məsələ heç zaman bu qədər vacib olmamışdır.