Təlim və resurs mərkəzində ingilis dili danışıq klubunun növbəti görüşü keçirildi
30.11.2016
TİPİİ və Britaniya Şurası (British Council) təşkilatının birgə əməkdaşlığı ilə yaradılan ingilis dili müəlimləri üçün təlim və resurs mərkəzində ingilis dili danışıq klubunun növbəti görüşü baş tutub.
Danışıq klubunun bu dəfəki qonaq spikeri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində fəaliyyət göstərən ingilis dili resurs mərkəzinin könüllüsü, "Fulbright" proqramının məzunu Robert Borowik idi. Robert Borowik müəllimlərlə onları maraqlandıran mövzular ətrafında ingilis dilində müzakirələr aparıb sonda onları maraqlandıran sualları cavablandırdı.
Xatırladaq ki, ingilis dili müəllimlərinin ehtiyacları əsasında təşkil edilən bu cür tədbirlər həftədə 2 dəfə təşkil edilir. Ötən həftə ingilis dili müəllimləri üçün oxuma bacarıqları, öyrənmə bacarıqları və strategiya mövzularında dəvət olunmuş yerli və xarici mütəxəssislər tərəfindən seminar və məşğələlər keçirilmişdir.
Bu layihə çərçivəsində növbəti ingilis dili danışıq klubunun görüşü dekabrın 2-ndə baş tutacaq.