XƏBƏRLƏR

"İnklüziv məktəb" - direktorlar üçün seminar

15.10.2018

TİPİİ məktəb rəhbərləri üçün "İnklüziv məktəb" mövzusunda seminarlar keçirir. Seminarın məqsədi ötən ilin dekabrında qəbul edilmiş "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın məktəb səviyyəsində həyata keçirilməsi və bu prosesdə məktəb rəhbəri və müəllimlərin üzərinə düşən vəzifələr barədə məlumatlandırmadır. Cari dərs ili ərzində bütün Bakı məktəblərinin rəhbərlərinin seminara cəlb edilməsi planlaşdırılır. Sonrakı ildə isə Sumqayıt, Gəncə, Şəki, Quba, Qazax, Ağcabədinin məktəb direktorları ilə görüşlərimiz olacaq. İlk seminarımız 12 oktyabrda baş tutdu. Cəmi 18 nəfər direktor iştirak etsə də, maraq və entuziazm yüksək idi. Onu da qeyd edək ki, "İnklüziv siniflərdə işin təşkili" mövzusunda ibtidai sinif müəllimləri üçün proqram artıq hazırdır və mərhələli şəkildə hədəf qrupu müəllimlərinə keçiriləcəkdir. Növbəti mərhələdə isə YUNİSEF-in dəvət etdiyi mütəxəssislərin dəstəyi ilə fənn müəllimləri üçün eyni məzmunlu proqram hazırlanacaqdır. 

İnklüziv təhsil fəlsəfəsini yaymaq işində "İmkanlarımıza sərhəd qoymayaq" devizini təklif edir və sizin müzakirənizə buraxırıq. Uyğun bilirsinizsə, dəstək olun, başqa təklifləriniz varsa, bildirin.