"İnnovativ təlim metodologiyası və müvafiq resursların hazırlanması" seminarı başlayıb
03.12.2016
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində təhsil işçiləri üçün keçirilən “İnnovativ təlim metodologiyası və müvafiq resursların hazırlanması” mövzusunda seminarınara bugün başlayıb. Seminar ali təhsil müssisələrinin professor-müəllim heyəti üçün nəzərdə tutulmuşdur.
Seminarın açılışı 3 dekabr 2016-cı il tarixində TİPİİ-də baş tutub. Açılışdan sonra ilk seminarda müdavimlərə “Müasir Azərbaycan təhsilinin fəlsəfəsi “ və “Yeni informasiya texnologiyalarının təhsilə tətbiqi” mövzusunda nəzəri və praktik məlumatlar verilib. Növbəti seminarlar 10 və 17 dekabr tarixlərində keçiriləcəkdir. Müdavimlər “Layihə metodu və ondan istifadə texnologiyası”, “Elektron resursların imkanlarından istifadə edərək dərslərin innovativ formada keçirilməsi”, “Yeni elektron resursların yaradılması” mövzularında mütəxəssislərin dəyərli fikirləri ilə tanış olacaq və praktik olaraq öyrəndikləri bacarıqları tətbiq edəcəklər.
Seminara dekabrın 17-də yekun vurulacaqdır. Fərqlənən müdavimlər sertifikatla təltif olunacaqlar.