XƏBƏRLƏR

İngilis dili müəllimləri üçün silsilə seminarlar davam edir

25.11.2016

Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Britaniya Şurası (British Council) Azərbaycan ofisinin birgə əməkdaşlığı çərçivəsində artıq 2 aydır ki TİPİİ-də  ingilis dili müəllimləri üçün təlim və resurs mərkəzi fəaliyyət göstərir. 

Nəsimi və Nərimanov rayonunun ümumilikdə 11 məktəbini təmsil edən ingilis dili müəllimləri üçün noyabrın 15-də "Oxu bacarıqları", noyabrın 18-də isə "Öyrənmə üsulları və strategiyaları" mövzusunda seminarlar keçirilmişdir. Seminarların məqsədi ingilis dili müəllimlərinin peşəkarlığını artırmaq və  ingilis dilinin tədrisinə yeni metodologiyalarla tanış etməkdir. Təlimlər Britaniya Şurası (British Council) Azərbaycan ofisinin yerli və xarici mütəxəssisləri tərəfindən aparılmışdır. 

Bu cür silsilə seminarlar hər ay davam edəcək. Növbəti seminarlar 9-10 dekabr tarixlərində keçiriləcək.

FOTO