YUNESKO dəyərlərinin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi məqsədi ilə seminar
17.12.2018
Dekabr ayının 14-də Bakı şəhər 44 nömrəli tam orta məktəbdə "Assosiativ Məktəblər Şəbəkəsinə üzv Azərbaycan məktəblərində YUNESKO dəyərlərinin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi və məktəb ASPnet əlaqələndiricilərinin potensialının gücləndirilməsi" layihəsi çərçivəsində seminar keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında YUNESKO üzrə Milli Komissiyanın maliyyə dəstəyi ilə ASPnet üzvü olan Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu (TİPİİ) tərəfindən həyata keçirilir. Həmin gün 44 nömrəli məktəb Bakıda yerləşən digər ASPnet məktəblərinin əlaqələndiricilərini də bir araya toplamışdı.Seminarda həmçinin Bakı şhəri 44 nömrəli tam orta məktəbin ASPnet üzvü olduğunu sübut edən adlı lövhənin açılışı olmuşdur. Beynəlxalq ailəyə aidliyi sübut edən adlı lövhələr tezliklə bütün digər ASPnet məktəblərində də asılacaqdır. Növbədə Bakı şəhəri 181 nömrəli tam orta məktəbdir.