XƏBƏRLƏR

Növbəti ""İbtidai siniflərdə maliyyə savadlılığı" seminarı başlayıb

07.12.2016

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirilməsi istiqamətində artıq bir neçə ildir ki, müxtəlif hədəf qruplara ailə büdcəsinin tərtibi, şəxsi pul vəsaitlərinin idarə olunması, nağdsız ödənişlər və s. mövzularda tədbirlər həyata keçirir. Bu tədbirlərə ümumtəhsil məktəblərində Həyat Bilgisi fənnini tədris edən müəllimlər üçün maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlim və seminarlar da daxildir. 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilən növbəti ibtidai sinif müəllimləri üçün "İbtidai siniflərdə maliyyə savadlılığı" seminarı bugün başlayıb. 30 nəfər ibtidai sinif müəlliminin iştirak etdiyi seminarı sabah da davam edəcək. İki gün ərzində Mərkəzi Bankın mütəxəssisləri seminar iştirakçılarına Həyat Bilgisi və maliyyə savadlılığı, mili pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, dövlət büdcəsi, qənaət və israf, mövcud resurslardan qənaətlə istifadə, vergi və sığorta haqqında məlumatlar verəcəklər.

FOTO | VIDEO