XƏBƏRLƏR

Məktəb psixoloqları üçün ixtisasartırma təlimi başladı

15.01.2019

“Məktəbdə psixoloji işin təşkili” mövzusunda təlim bu gün bir qrup psixoloq ilə öz işinə başladı. 36 akademik saatlıq təlim proqramında psixoloqlar məktəbdə psixodiaqnostika işinin təşkili, şagirdlərə psixoloji dəstəyin gücləndirilməsi, müəllim və valideynlərlə işin təşkili, yeniyetmələrlə psixoterapiya və s. mövzularda öz bilik və bacarıqlarını təkmilləşdirəcək, yerli və beynəlxalq təcrübədə istifadə olunan metodlarla tanış olacaqlar.  

Qeyd edək ki, məktəb psixoloqlarının peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyan təlimlər gündə 4 saat olmaqla həftədə 2 dəfə keçiriləcək və təlimi uğurla tamamlayanlara ixtisasartırma təhsili haqqında sertifikat veriləcəkdir.