"İxtisasartırma təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsi" mövzusunda seminar
27.01.2019
27 yanvardan etibarən TİPİİ-də təlimçi kimi fəaliyyət göstərən müəllimlər üçün “İxtisasartırma təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsi” mövzusunda seminarlara başlanılmışdır.
20 akademik saatdan ibarət proqramın məqsədi müxtəlif ixtisasartırma proqramlarında təhsilverən kimi fəaliyyət göstərən kadrların təkmilləşdirilməsidir. 3 gün davam edəcək seminarda müdavimlər əlavə təhsilin təşkili məsələləri, təhsildə standart, təlimçi bacarıqları və s. mövzular ətrafında müzakirələr aparacaq, bu istiqamətdə bilik və bacarıqlarını artıracaqlar.