XƏBƏRLƏR

"İnklüziv məktəb" seminarları çərçivəsində direktorlarla növbəti görüş

05.02.2019

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən məktəb rəhbərləri üçün keçirilən "İnklüziv məktəb" mövzusunda seminarlar davam edir. İnklüziv təhsildə məktəb rəhbəri və müəllimlərin üzərinə düşən vəzifələr barədə direktorları məlumatlandırmaq məsədi ilə təşkil olunan seminarların növbəti görüşü bu gün baş tutdu. Seminarda inklüziv təhsilin mahiyyəti, fəlsəfəsi və digər məqamlar haqqında ətraflı məlumat verildi, mövzu ətrafında müzakirələr aparıldı. Direktorlar məktəbdə, müəllimlərdə və şagirdlərdə bu mədəniyyətin formalaşdırılması ilə bağlı fikir və təkliflərini irəli sürdülər.

Sayca 4-cüsü keçirilən seminarlarda cari dərs ilinin sonunadək Bakıda fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin direktorlarının iştirakı nəzərdə tutulur. Növbəti addım isə bölgələrdəki ümumtəhsil məktəblərinin direktorlarını “İnklüziv məktəb” seminarlarına cəlb etməkdir.