XƏBƏRLƏR

"İnklüziv məktəb" seminarı

04.03.2019

Bu gün TİPİİ-də “İnklüziv məktəb” seminarının 25-dən çox məktəb rəhbəri ilə növbəti görüşü keçirildi. Seminar zamanı ilkin məlumatlandırmadan sonra direktorlar arasında inklüziv təhsilin mahiyyəti, onun məktəbdə yaradacağı problemlər və həmin problemlərin həll yolları ətrafında müzakirələr aparıldı. Fikir ayrılıqları və emosional abu-havanın yüksəkliyi ilə davam edən seminarda məktəb rəhbərləri həm də müəllimlərin sağlamlıq imkanları məhdud şagirdlərlə işləmə səriştəsindən, bu istiqamətdə görüləcək işlərdən danışdılar və öyrətmənin mahiyyətini modelləşdirmə üsulu ilə təcrübədən keçirdilər.

Qeyd edək ki, İnstitutun 2018-ci ildən həyata keçirdiyi bu seminarların məqsədi ölkə üzrə məktəb rəhbərlərini və müəllimləri inklüziv təhsilin fəlsəfəsi, mahiyyəti, bu prosesdə onların üzərinə düşən vəzifələrlə bağlı məlumatlandırmaqdır.