"İnnovativ təlim metodologiyası və müvafiq resursların hazırlanması" seminarı davam edir
10.12.2016
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində təhsil işçiləri üçün keçirdiyi “İnnovativ təlim metodologiyası və müvafiq resursların hazırlanması” seminarları davam edir. Seminarlar ali təhsil müssisələrinin professor-müəllim heyəti üçün nəzərdə tutulmuşdur.
İkinci seminar dekabrın 10-da TİPİİ-də baş tutdu. Bugün müdavimlər TİPİİ-nin direktor əvəzi Vəfa Yaqublunun təqdimatında ali təhsil müəssisələrində tədris etdikləri fənnlərin sillabuslarını müzakirə etdilər, innovativ təlim metodologiyalarını dərslərdə necə tətbiq etdiklərindən və bundan sonra necə daha yaxşı edə biləcəkləri barəsində müzakirələr apardılar. Vəfa xanım professor-müəllim heyəti ilə dəyərli təcrübəsini və biliklərini paylaşdı. Növbəti həftə keçiriləcək sonuncu seminarda müdavimlər “Yeni elektron resursların yaradılması” mövzusunda nəzəri biliklər əldə etməklə yanaşı praktik olaraq öyrəndikləri bacarıqları tətbiq edəcəklər. Seminarın sonunda müəllimlər elektron resurslar hazırlayacaqlar.
Seminara dekabrın 17-də yekun vurulacaqdır. Fərqlənən müdavimlər sertifikatla təltif olunacaqlar.
FOTO