"Refleksiv müəllim" seminarında bu dəfə "Atmosfer təzyiqi" dərs modeli müzakirə olundu
28.03.2019
Bu gün “Refleksiv müəllim” seminarında Bakı şəhər 5 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Nulana Mamedovanın “Atmosfer təzyiqi” dərsi müzakirə olundu.
Seminarın ənənəsinə uyğun olaraq əvvəlcə müəllim mövzunu, hazırladığı dərs modelini qısa şəkildə coğrafiya müəllimləri qarşısında təqdim etdi. Şagirdlərin dərsə marağını artırmaq məqsədi ilə həyatla, real situasiyalarla əlaqəli şəkildə qurulmuş dərs müəllimlərin fərqli fikirlər səsləndirməsnə səbəb oldu. 90 dəqiqə davam edən seminar zamanı eyni fənni tədris edən müəllimlər bu dərsi “Daha maraqlı, şagirdlər üçün cəlbedici və asan başa düşülən necə qurmaq olardı?” sualı ətrafında düşündülər, dərsin daha təkmil versiyası üçün öz təcrübələri əsasında təkliflərini irəli sürdülər. Beləliklə, budəfəki seminar da öz məqsədinə çata bildi. Məqsədlər isə bunlar idi:
-
Birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək;
-
Müəllimlərə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığı formalaşdırmaq.
-
Konstruktiv tənqidə açıq olmaq, prosesi təhlil etmək bacarıqlarını formalaşdırmaq;
-
İstənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirmək.
-
Konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək;
-
Nəticəyə aparan refleksiv suallar qoymaq bacarığını öyrətmək.