XƏBƏRLƏR

Təbiət fənlərinin tədqiqat əsasında tədrisi üçün müəllimlərin hazırladıqları nümənələr

04.04.2019

04 aprel tarixində TİPİİ-də təbiət fənlərini tədris edən müəllimlərlə növbəti görüş keçirildi. “Təbiət fənlərinin tədqiqata əsaslanan tədrisi” mövzusunda seminarda təbiət fənlərinin tədqiqat əsasında tədrisi üçün hazırlanan nümənələr təqdim olundu. Asan əldə olunan resurslarla, beynəlxalq təcrübəyə istinadən hazırlanan bu nümunələrin səmərəliliyi, şagirdlər və tədris üçün yararlılığı müzakirə olundu, müəllimlərin fikir və təklifləri dinlənildi.

Daha sonra fizika, kimya, biologiya və s. fənləri tədris edən müəllimlərlə bu istiqamətdə gələcəkdə görüləcək işlər və “Təbiət fənlərinin tədqiqata əsaslanan tədrisi” mövzusunda ixtisasartırma proqramının hazırlanması mövzusu müzakirə edildi.

Xatırladaq ki, seminarın keçirilməsində məqsəd müəllimlərin müəyyən vaxt ərzində hazırladıqları nümunələri təcrübədən keçirərək həmin nümunələr əsasında ixtisasartırma proqramı hazırlamaq və asan əldə olunan resursların köməyi ilə bu cür dərsləri təşkil etməyin yollarını onlara öyrətməkdir.