XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər öz peşəkarlıqlarını artırırlar

19.04.2019

TİPİİ-də “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda ödənişli ixtisasartırma təlimləri davam edir. İbtidai sinif müəllimləri və məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçilər üçün hazırlanan proqram 36 akademik saatdır.

Proqram çərçivəsində müəllimlər "Məktəbəhazırlığın məqsəd və vəzifələri", "İnkişaf və təlim standartları", "5 yaşlı uşağın fiziologiyası, psixoloji xüsusiyyətləri, öyrənmə formaları", "Uşağın inkişafında oyunların rolu", "Ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları", "Perspektiv və cari planlaşdırma" və s. mövzuları ətrafında öz bilik və təcrübələrini artıracaqlar. Təlimlər zamanı onlar həm də beşyaşlılarla daha maraqlı ünsiyyətin, əməkdaşlığın metod və üsullarını öyrənir, öz təcrübələrini həmkarları ilə bölüşürlər. Təlimlərdə "Məktəbəhazırlıq qrupunda dərs deyən müəllimlər üçün metodik tövsiyələr" mövzusunda videoçarxlardan istifadə edilir və onlar müzakirə obyektinə çevrilir. Daha bir yenilik isə ondan ibarətdir ki, iştirakçılar hazırlanmaqda olan inkişafetdirici təlim mühitinin fəal müşahidəçisidirlər. 

Təlimlərin sonunda müdavimlər yekun qiymətləndirmə imtahanında iştirak edəcəklər.