XƏBƏRLƏR

Növbəti "İnklüziv məktəb" seminarında müzakirələr

22.04.2019

Bu gün TİPİİ-də məktəb direktorlarının növbəti qrupu üçün “İnklüziv məktəb” seminarı keçirildi. 25-dən çox məktəb rəhbərinin iştirak etdiyi seminarda direktorlara inklüziv təhsil haqqında nəzəri və praktik məlumatlar verildi, bu istiqamətdə görülmüş işlərdən və onların nəticələrindən danışıldı. Bu seminarda ən qızğın müzakirənin predmeti valideynlərlə işin təşkilinin zəruriliyi oldu. 

Daha sonra inklüziv təhsil fəlsəfəsini əks etdirən video-material izlənildi, məktəb rəhbərləri bu mövzuda fikir və təəssüratlarını bölüşdülər.

Xatırladaq ki, TİPİİ-nin keçən ildən həyata keçirdiyi silsilə seminarların məqsədi məktəb rəhbərlərini inklüziv təhsil və onun təşkilində direktorların üzərinə düşən vəzifələr barədə məlumatlandırmaqdır. Hələlik Bakı şəhəri məktəbləri üçün keçirilən seminarların daha sonra bütün regionları əhatə etməsi nəzərdə tutulur.