XƏBƏRLƏR

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şagirdlərlə stolüstü oyunlar

03.06.2019

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü “Uşaq hüquqlarını stolüstü oyunlar vasitəsilə öyrənək” mövzusunda nümunəvi dərs keçirmək ideyası ilə qarşıladı. İnstitutun əməkdaşları Arzu Əlizadə, Fərqanə Seyidli və Günel Qasımova xüsusi hazırlanmış stolüstü oyun dəsti və hədiyyələrlə Bakı şəhəri 202 nömrəli tam orta məktəbin III sinif şagirdlərinin qonağı oldu. Dərsdə iştirak edənlər və dərsi izləyənlər bir daha əmin oldular ki, didaktik oyunlar vasitəsilə hətta rəsmi sənədin maddələrini də asanlıqla mənimsəmək mümkündür.

Onu da qeyd edək ki, didaktik oyun dəstləri ilə iş “Həyat bilgisi fənninin tədrisi metodikası” mövzusunda ixtisasartırma proqramının da tərkib hissəsidir və interaktivliyin bu formasını müəllimlərə öyrətmək məqsədi daşıyır.