"Refleksiv müəllim" seminarı Lənkəranda
13.06.2019
12 iyun tarixində Lənkərana ezam olunmuş 3 nəfər əməkdaşımızın iştirakı ilə 4 qrupda "Refleksiv müəllim" seminarımız keçirildi. Seninara məktəbəhazırlıq qruplarında işləyən ibtidai sinif, Azərbaycan dili və Coğrafiya müəllimləri dəvət olunmuşdu. Ümid edirik ki, seminarlar lənkəranlı həmkarlarımız üçün faydalı oldu. Ən azı ona görə ki, müəllim əməkdaşlığının və konstruktiv müzakirələrin peşəkarlığın artırılmasındakı inanılmaz rolu sübut olundu. Müəllimlər fəaliyyətəsaslı təlimin fəlsəfəsi barədə dərindən düşünməyə başladılar. İbtidai sinif müəllimləri "Niyə bütün uşaqlar öyrətdiyimizi öyrənə bilmir?", Azərbaycan dili müəllimləri "Niyə fənn kurikulumunda dil qaydaları bu qədər azdır?", Coğrafiya müəllimləri "Dərsin məqsədinə uyğun tapşırıqları necə hazırlayaq?" və sair kimi suallarla moderatorlara və bir-birlərinə müraciət etdilər. Vaxt azlığından bir çox suallar açıq qaldı. Lakin siz suallarınızı FB-yə də yaza bilərsiniz.