İbtidai sinif müəllimləri üçün ustad dərs keçirildi
28.06.2019
28 iyun tarixində Bakı şəhəri 36, 84 və 202 nömrəli tam orta məktəblərin ibtidai sinif müəllimləri üçün "Oxuyub-anlama bacarıqlarının inkişafı metodikaları" mövzusunda ustad dərs keçirildi. Ustad dərsi Azərbaycan təhsilinin canlı əfsanəsi, yerli və xarici təhsil trendlərinin bilicisi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq TİSA məktəbinin müəllimi Fəridə Əliyeva aparırdı. Ustad dərsi kənardan müşahidə edənlərin fikirlərindən: "Müəllim səriştəli olanda öyrənmə prosesi rahat keçirmiş", "Hər addımın bir mənası var". Bu tipli ustad dərslərdə iştirak etmək istəyən müəllimlər məktəb adından qrup şəklində müraciət edə bilər.