Məktəb psixoloqları ""Məktəbdə psixoloji işin təşkili" proqramında
08.07.2019
8 iyul tarixində “Məktəbdə psixoloji işin təşkili” proqramı əsasında TİPİİ-də psixoloqlar üçün ixtisasartırma təlimi başladı.
Kursun təşkilində əsas məqsədi psixoloqları məktəbdə düzgün psixoloji mühit yaratmağın yolları, yeni iş üsulları ilə tanış etmək, onların bu istiqamətdə bilik və bacarıqlarını təkmilləşdirməkdir.
36 akademik saatı əhatə edən məşğələlər hər gün 6 akademik saat olmaqla 6 gün davam edəcəkdir. Bu müddət ərzində psixoloqlar məktəbdə psixodiaqnostika işinin təşkili, şagirdlərə psixoloji dəstəyin gücləndirilməsi, müəllim və valideynlərlə işin təşkili, yeniyetmələrlə psixoterapiya və s. kimi mövzularda bilik və təcrübələrini dərinləşdirəcək, psixoloji işin müasir, dövrün şagird psixologiyasına uyğun yeni metodları ilə işləyəcəklər.
Təlim kursunda iştirak etmək məqsədilə 22 nəfər hazırda məktəbdə psixoloq kimi fəaliyyət göstərən mütəxəssis seçilib.